"İrəliləyİş" layihəsində yeni qrup gənclərin Fondda təcrübə proqramına başlamışdır.
31.07.2023-cü il tarixdə Təhsil Tələbə Krediti Fondu sosial tərəfdaş olduğu "İrəliləyİş" layihəsində yeni qrup gənclərin Fondda təcrübə proqramına başlamışdır. Fondun maliyyə və iqtisadiyyat şöbəsinin müdiri Tehranağa Abdullayev, Fondun əməkdaşları Aysel Həsənova, Nigar Məmmədova və Əşrəf Quliyev proqramda iştirak edən gəncləri qəbul edərək, onlara Fondun fəaliyyəti, gördüyü işlər barədə ətraflı məlumat vermiş, ilkin əmək vərdişlərinə yiyələnməklə bağlı tövsiyələrini bildirməklə təcrübə müddətində uğurlar arzulamışlar.
Qeyd edək ki, "İrəliləyİş" layihəsi Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə pilot olaraq həyata keçirilir. Layihənin məqsədi ölkədə fəaliyyət göstərən şirkət və təşkilatlarda beynəlxalq normalara uyğunlaşan təcrübə proqramları formalaşdırmaq və yüksək potensiallı gənclərin karyera bacarıqlarını inkişaf etdirmək üçün həmin təcrübə proqramlarında iştirakını təmin etməkdir.
Layihə çərçivəsində 1500 ali və ya orta-ixtisas təhsilini bitirən, 29 yaşadək işsiz gənc təlimlərdə və təcrübə proqramlarında iştirak etmək imkanı qazanacaqlar.