Regionlarda təhsil tələbə kreditlərinin verilməsi qaydaları ilə bağlı məlumatlandırıcı sessiyalar davam etdirilir.
Təhsil tələbə kreditləri barədə maarifləndirmə işləri çərçivəsində Təhsil Tələbə Krediti Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə əməkdaşlığı ilə regionlarda keçirilən məlumatlandırıcı sessiyalar avqustun 3-də Quba rayonunda təşkil edilən tədbirlə başa çatıb.Tədbirdə iştirak edən Fondun İdarə heyətinin sədr müavini Bəhruz Əzimov tərəfindən təhsil tələbə kreditlərinin növləri, verilməsi qaydaları və təhsil kreditlərinə müraciət prosesləri, o cümlədən tətbiq olunan güzəştlər barədə ətraflı məlumatlar verilib. Qeyd edək ki, təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxsləri üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması məqsədilə dövlət dəstəyi əsasında aşağı faizlərlə ayrılan təhsil tələbə krediti haqqında sakinlərin maarifləndirilməsi məqsədilə keçirilən görüşlər ümumilikdə respublikanın 16 rayon və şəhərində baş tutub.