Peşə təhsili pilləsinin texniki peşə təhsil səviyyəsində təhsil alanlar da təhsil tələbə kreditləri ala biləcəklər.
Təhsil Tələbə Krediti Fonduna ümumi rəhbərliyi həyata keçirən Himayəçilik Şurasının sonuncu iclası zamanı Fond tərəfindən edilmiş təklifə əsasən qərar qəbul edilmiş və Elm və Təhsil nazirliyinin müraciəti ilə Nazirlər Kabineti Fondun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydasına dəyişiklik etmişdir. İndi peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində təhsil alanlar da TTK-dan yararlana biləcəklər.
Birinci tədris ilinin ilk semestri (yarımili) üçün peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortasının Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən 4 və 5 olanlar standart təhsil tələbə krediti almaq hüququna malik olacaqlar.
Həmçinin sosial TTK üzrə texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən 4 və 5 olanlara həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmayacaq. Təhsilin normativ müddətində bütün tədris semestrlərində texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən 5 olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 50 faizi hissəsinin ödənişindən azad olunur.
Standart TTK-ya gəlincə, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən 5 olan borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır, təhsilin normativ müddətində bütün tədris semestrlərində aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən 5 olan borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.
Qeyd edək ki, daha əvvəl sadəcə peşə təhsil pilləsinin yüksək texniki peşə səviyyəsi üzrə təhsil alanlar tələbə kreditindən faydalana bilirdi