Təhsil Tələbə Krediti Fondunun və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər və məsul şəxsləri arasında səmərəli görüş keçirilib
8 avqust 2023-cü il tarixdə Təhsil Tələbə Krediti Fondunun və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbər və məsul şəxsləri arasında səmərəli görüş keçirilib.Görüşdə Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”na 05.08.2023-cü il tarixdə edilən dəyişikliklə bağlı məsələlər müzakirə olunub. Belə ki, yeni dəyişikliyə görə peşə təhsili pilləsinin yüksək texniki peşə səviyyəsi ilə yanaşı texniki peşə təhsili səviyyəsində təhsil alan tələbələr də təhsil tələbə kreditindən faydalanmaq hüququ əldə edəcəklər.Fondun İdarə Heyətinin sədri Araz Paşayev peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsi olmasını vurğulamışdır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov yeni dəyişikliyin əsasən texniki peşə təhsili səviyyəsində əyani və ödənişli əsaslara təhsil alan tələbələrə təhsil tələbə kreditlərindən istifadə etmələri imkanının verilməsinin təqdirəlayiq hal olduğunu qeyd etmişdir.Beləliklə, görüşdə texniki peşə təhsili səviyyəsində təhsil alanlar və yeni qəbul olacaq tələbələrin təhsil tələbə kreditlərindən faydalanmaları üçün birgə maarifləndirmə işlərinin təşkili, effektiv kommunikasiyanın təmin edilməsi və müraciətlərin operativ həlli məqsədilə qarşılıqlı fəaliyyət göstərilməklə işçi qrupunun yaradılması qərara alınmışdır.