ADBTİA tələbələri Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi ilə görüşüb
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) akt zalında Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Aynur Bağırova ilə I tədris ili üzrə ödənişli əsaslarla təhsil alan tələbələr arasında görüş keçirilib.
Görüşdə ADBTİA-nın Tədris işləri üzrə prorektoru Rafail Novruzov və Tədris hissəsinin müdiri Nazim Abbasov təhsil tələbə kreditinin üstünlüklərindən danışaraq tələbələrə bu fürsətdən yararlanmağı tövsiyə ediblər.
Təbliğat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Aynur Bağırova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 saylı Fərmanı ilə təsis edilmiş TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə görüş iştirakçılarına geniş məlumat verib.
Daha sonra tələbələrin sualları cavablandırılıb və birlikdə müzakirələr aparılıb.