ADNSU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş keçirilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə tələbələrin görüşü keçirilib.
Görüşdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev iştirakçıları universitet rəhbərliyi adından salamlayaraq dövlətin təhsilə qayğısından və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Təhsil kreditlərinin verilməsi ilə bağlı tələbələrlə görüşlərin vacibliyinə toxunan dosent A.Babayev mövcud kreditlər haqqında tələbələrin məlumatlandırılmasının əhəmiyyətini qeyd edib.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov Fondun fəaliyyəti və təhsil kreditinin verilməsi qaydaları haqqında məlumat verib, əsas missiyanın təhsilin əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması olduğunu deyib.
Təhsil müəssisələri ilə iş şöbəsinin aparıcı mütəxəssisi Ağca Məmmədova layihənin sosial müdafiəsi zəif olan tələbələrə dəstək məqsədi daşıdığını deyib, təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və yeniliklər barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.