Bakı Avrasiya Universitetinin tələbələri Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi ilə görüşüb
Bakı Avrasiya Universitetinin akt zalında Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Aysel Hacıyeva ilə ödənişli əsaslarla təhsil alan tələbələr arasında görüş keçirilib.
Təbliğat və maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Aysel Hacıyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 saylı Fərmanı ilə təsis edilmiş TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə görüş iştirakçılarına geniş məlumat verib.
Daha sonra tələbələrin sualları cavablandırılıb və birlikdə müzakirələr aparılıb.