Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb
Dekabrın 15-də Bakı Konqres Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı öz işinə başlayıb.
Qurultaydan əvvəl Fəxri xiyaban ziyarət edilərək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi ehtiramla yad olunub, məzarları önünə əklil və gül dəstələri qoyulub.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə güllər düzülüb.
Qurultay Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasının uşaq xorunun ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın və ötən qurultaydan keçən müddət ərzində vəfat etmiş təhsil işçilərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qurultayda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva ölkə Prezidenti İlham Əliyevin iştirakçılara ünvanlanan müraciətini oxuyub.
Qurultay çıxışlarla davam edir.
İki gün keçiriləcək qurultayda “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili”, “İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”, “Azərbaycan dili yeni çağırışlar müstəvisində”, “Rəqəmsallaşma, süni intellekt və təhsilin transformasiyası”, "Ümumi təhsilin məzmununa müasir yanaşmalar", "Ümumi təhsilin idarə olunmasına müasir yanaşmalar", “Peşə təhsili və gələcək üçün bacarıqlar”, “Müəllim hazırlığı və müəllimlərin peşəkar inkişafının prioritet məsələləri”, “Elm və ali təhsilin inteqrasiyası”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlbi: inklüziv, inteqrasiyalı və xüsusi təhsil”, “Məktəbəqədər təhsilin məzmunu və əhatə dairəsinin genişləndirilməsi”, “İbtidai təhsildə öyrənmə və öyrətmə müxtəlifliyi”, “Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar”, “Müasir dövrdə təbiət fənlərinin tədrisi”, "Müasir dövrdə riyaziyyat fənninin tədrisi", "Tarix və coğrafiya fənlərinin tədrisinə yeni baxış", "Xarici dillərin öyrənilməsi: yeni imkanlar", "İncəsənət, texnologiya və fiziki tərbiyə fənlərinin kamil şəxsiyyətin formalaşmasında rolu", "İnnovativ layihələr: STEAM, “Rəqəmsal bacarıqlar” və s." mövzular üzrə panel sessiyaları təşkil olunacaq.
Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil olunur. 2018-ci ildə keçirilən qurultay sayca 15-ci, müstəqillik dövründə isə 5-ci olub.