Naxçıvan MR Ordubad rayonunda abtiruyentlər və valideynlər ilə maarifləndirici görüş keçirildi.
Naxçıvan MR Ordubad rayonunda yerləşən Mədəniyyət Sarayında Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev abituriyentlər və valideynlər ilə maarifləndirici görüş keçirib. Görüşdə Naxçıvan MR Təhsil Nazirliyi Aparatının Tədris-innovasiya sektorunun müdiri Ayşən Əsgərova, Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov, Təhsil şöbəsinin əməkdaşı Əfqan Hüseynov, Ordubad Uşaq Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyev, Ordubad RTŞ-nin abituriyentləri, müəllimlər və valideynlər iştirak edib.
Fondun Şöbə müdiri Tehranağa Abdullayev Fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirilib ki, Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Qeyd edilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlılığının təmin olunmasına xidmət edən dövlət sənədidir. Təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər haqqında ətraflı məlumat verilib. Təhsil şöbəsinin əməkdaşı Əfqan Hüseynov Ordubad rayonu üzrə təhsilalanlar barədə, qəbul statistikası barədə məlumat verib.
Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.