11 məktəbdə təqdimatlar keçirilib.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdirilir.
Bu gün Bakının Pirallahı, Xəzər və Səbail rayonlarında yerləşən 11 təhsil ocağında 9, 10 və 11-ci sinif şagirdləri ilə görüş keçirilib. 2, 7, 50, 91, 186, 120, 136, 156, 216, 262 və 329 nömrəli tam orta məktəb və məktəb-liseylərdə görüşlər zamanı təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdiriləcək.