Regionlarda maarifləndirici görüşlər başladı
Təhsil Tələbə Krediti Fondunun əməkdaşları Aysel Hacıyeva, Aynur İsmayılova, Məhəmmədəli Abidin və Əli Rzayev regionlarda yerləşən təhsil müəssisələrində abituriyent və tələbələrin maarifləndirilməsi istiqamətində görüşlərə başlayıb.
Görüşlər Zərdab peşə liseyi, Kürdəmir şəhəri M.Ə.Rəsulzadə adına 2 saylı tam orta məktəbi, Kürdəmir peşə liseyi, Şamaxı şəhəri Avaropa liseyi, Şamaxı Dövlət Regional Kolleci, ADPU Şamaxı filialı, Şamaxı şəhəri 2 saylı tam orta məktəbi, Sabirabad şəhəri N.Nərimanov adına 2 saylı tam orta məktəbi və Sabirabad Dövlət Sosial İqtisadi Kollecində keçirilib.
Görüşlərdə Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğu iştirakçıların diqqətinə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib.