Mingəçevir, Saatlı, İsmayıllı və Qəbələdə təqdimatlar keçirilib.
16 aprel tarixində Mingəçevir şəhərində yerləşən M.Hüseynzadə adına 3 nömrəli tam orta məktəb, R.Muradov adına Texniki Humanitar Liseyi, Turizm Kolleci, Tibb Kolleci, Ə.Quliyev adına Peşə Məktəbində və Mingəçevir Dövlət Universitetində, Saatlı rayonunda yerləşən Peşə Liseyi və Tibb Kollecində, İsmayıllı rayonunda yerləşən İ.Həsənova adına 1 saylı orta məktəb, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, İsmayıllı Dövlət Peşə Hazırlığı Mərkəzində, həmçinin Qəbələ rayonunda yerləşən 4 saylı tam orta məktəb və Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində təqdimatlar baş tutub.
Fondun əməkdaşları tərəfindən TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Qeyd olunub ki, bu günə kimi Fonda 40 mindən çox müraciət daxil olmuş və bunlardan 33 mindən çox şəxsə təhsil krediti ayrılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmlş “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdiriləcək.