Şirvanda 4, Cəlilabadda 3 təqdimat keçirilib.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdirilir.
Bu gün Cəlilabadda yerləşən 8 saylı tam orta məktəbində, Dövlət Peşə Təhsili Mərkəzində, ADPU-nun Cəlilabada filialında, Tibb Kollecində və Göytəpə şəhər 2 nömrəli orta məktəbində, həmçinin Şirvan şəhəri 16 və 18 saylı tam orta məktəblərində, Peşə Liseyində və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində təqdimatlar keçirilib.
Fondun əməkdaşları Aysel Hacıyeva və Aynur Bağırova tərəfindən iştirakçılara TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Qeyd olunub ki, bu günə kimi Fonda 40 mindən çox müraciət daxil olmuş və bunlardan 33 mindən çox şəxsə təhsil krediti ayrılmışdır.