Növbəti təqdimatlar Bərdə və Tərtərdə baş tutub.
Təhsil Tələbə Krediti Fondunun regionlara ezam olunmuş əməkdaşları 29 aprel tarixində Bərtə və Tərtərdə yerləşən təhsil müəssisələrində təqdimatlar zamanı təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumat verib, iştirakçıların sualları cavablandırılıblar.
Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Qeyd olunub ki, bu günə kimi Fonda 40 mindən çox müraciət daxil olmuş və bunlardan 33 mindən çox şəxsə təhsil krediti ayrılmışdır.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdiriləcək.