TTKF “TəhsildəSƏN-2” təhsil festivalında təmsil olunub.
28 aprel tarixində “TəhsildəSƏN-2” təhsil festivalı çərçivəsində Forum təşkil olunub. Forumda müasir təhsil istiqamətləri və tələblər, karyera seçimində vacib amillər, təhsildə müəllimin rolu, inkluziv təhsil, təhsildə psixoloji xidmət kimi mövzularda 12 yerli və əcnəbi spikerlərin təqdimatları dinlənilib.
TTKF idarə heyətinin sədr müavini Tahir Xələfov öz təqdimatında Fondun fəaliyyəti, məqsədləri və əldə olunmuş nəticələrdən bəhs edib. Bildirib ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biri də Təhsil Tələbə Krediti Fondudur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Fəaliyyət göstərdiyi qısa müddət ərzində 35 minə yaxın tələbə bu imkandan yararlanmışdır.
Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, təhsil krediti birbaşa tələbələrin təhsil aldığı müəssisələrin hesabına köçürülür, təhsil haqqı kimi vacib bir məsələsi həll olunmuş tələbə, bu qayğıdan azad olmaqla, şəxsi inkişafı və biliklərinin artırılmasına fokuslanmaq imkanı qazanır.
T.Xələfov həmçinin TTKF-dən yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən davamlı iş aparıldığını bildirib. Qeyd edib ki, tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması məqsədilə dövlət və özəl sektorun aparıcı təmsilçiləri ilə əməkdaşlıq qurulmuşdur.