Təhsil müəssisələrində təqdimatlar baş tutub.
26 sentyab tarixində Bakı şəhərində yerləşən 36, 37, 39, 93 və 178 nömrəli tam orta məktəblərdə, həmçinin Şuşa Humanitar Kolleci, Sənaye və İnnovasiyalar üzrə BDPM, ADMİU nəzdində Humanitar Kolleci, İctimai iaşə xə xidmət üzrə BDPTM, AƏSMA, Azərbaycan Universiteti və Kooperasiya Universitetlərində təqdimatlar baş tutub.
Fondun əməkdaşları tərəfindən TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmlş “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək – nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdiriləcək.