Regionlarda maarifləndirmə görüşləri davam edir.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdirilir.
15 oktyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı, Şəki Tibb Kolleci, Şəki Dövlət Peşə Təhsil Mərkəzi, Şəki Dövlət Regional Kolleci, Mingəçevir Dövlət Universiteti, Mingəçevir turizim Kolleci, Mingəçevir Tibb Kolleci, Ələmdar adına Mingəçevir Peşə Məktəbi, BDU Qazax filialı və Qazax Dövlət Sosial İqtisadi Kollecində təqdimatlar baş tutub.
Fondun əməkdaşları tərəfindən TTKF-in fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.