Regionlarda maarifləndirmə tədbirləri fasiləsiz şəkildə həyata keçirilir.
Təhsil Tələbə Krediti Fondu tərəfindən əhalinin aztəminatlı təbəqələrinə təhsil imkanları yaratmaq, təhsil bərabərliyini təmin etmək və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə aparılan maarifləndirmə və təşviqat işləri davam edir.
21-22 oktyabr tarixlərində Azərbaycan Texnologiya Universiteti, Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Gəncə Dövlət Universiteti, Gəncə Dövlət Regional Kolleci, Quba Dövlət Sosial-İqtisadi Kolleci, ADPU-nun Quba filialı, Quba Tibb Kolleci, Gəncə Tibb Kolleci, Sənaye və Texnologiya üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Aqrar Kolleci, Şamaxı Dövlət Regional Kolleci, Şamaxı Peşə Liseyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında Fondun əməkdaşları tərəfindən təqdimatlar keçirilmişdir.
Bu görüşlərdə Fondun fəaliyyəti, məqsədləri, təhsil tələbə kreditinə müraciət qaydaları, kredit növləri, güzəştlər və ödəniş şərtləri barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bakalavriat və magistratura səviyyələrində ali təhsil, orta ixtisas təhsili, həmçinin texniki-peşə təhsilində əyani təhsil alan tələbələr Fondun təqdim etdiyi təhsil kreditlərindən yararlana bilərlər.