Azərbaycan Dövlət Aqrar Universiteti ilə görüş keçirilib.
Təhsil Tələbə Krediti Fondu ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında görüş keçirilib. Fondun İdarə Heyəti sədrinin müavini Tahir Xələfov TTKF tərəfindən görülən işlər barədə məlumat verib. Bildirilib ki, əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək olan TTKF-in fəaliyyət göstərdiyi dövr ərzində elektron portala 54 minə yaxın müraciət daxil olmuş, 43 mindən çox TTK müqaviləsi rəsmiləşmişdir.
Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Əhməd Məlikov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, TTKF-nin təsis edilməsinin ödənişli əsaslarla təhsil alan tələbələr üçün unikal imkan olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, ADAU-da ödənişli təhsil alan tələbələrin Fonddan yararlanması dinamikasında artım müşahidə olunur, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensial mövcuddur.
Görüş çərçivəsində tələbə və məzunların gələcəkdə götürdükləri kreditləri geri qaytarmalarına dəstək məqsədilə aparılan işlər, özəl və dövlət müəssisələri ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər, onların məşğulluq imkanlarının artırılmasına dəstək göstərmək üçün təlim proqramlarına qoşulma, əmək yarmarkalarında iştirakının təmin edilməsi və regionda yerləşən sahibkarlıq subyektlərində işlə təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.