“PashaPay” MMC ilə görüş keçirilib.
Təhsil Tələbə Krediti Fondu ilə “PashaPay” MMC arasında görüş keçirilib. Təhsil tələbə kreditindən yararlanmış gənclərin bilik və bacarıqlarının artırılmasına dəstək göstərmək məqsədilə təşkil olunan görüşdə müəssisələr arasında bu istiqamətdə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı həmçinin tələbələrin təhsilini başa vurduqdan sonra aldıqları təhsil kreditlərini geri qaytarmalarına dəstək göstərmək üçün onların məşğulluq imkanlarının artırılması məqsədilə təcrübə proqramlarına cəlb olunması, yekunda işlə təmin olunması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, qarşıya qoyulan hədəflərə çatmaq üçün əməkdaşlığın genişləndirilməsi razılaşdırılmışdır. Görüşdə həmçinin, TTKF tərəfindən başlanan "Karyera İmpulsu - Şəxsi İnkişaf Yolu" layihəsi çərçivəsində “PashaPay” tərəfindən icra olunan təcrübə proqramlarına tələbələrin cəlb edilməsi perspektivləri müzakirə edilmişdir.