Özbəkistan Respublikası ilə təcrübə mübadiləsi aparılıb.
Təhsil Tələbə Krediti Fondunu təmsil edən nümayəndə heyətinin beynəlxalq təcrübənin tətbiqi imkanlarını araşdırmaq və müvafiq sahədə təcrübə mübadiləsini təmin etmək məqsədilə 9-13 sentyabr tarixlərində Özbəkistan Respublikasına səfəri təşkil olunub.
Səfər çərçivəsində Özbəkistanın iqtisadiyyat və maliyyə nazirinin müavini Otabek Fazilkarimov, ali təhsil, elm və innovasiyalar nazirinin birinci müavini Sardor Racabov, həmçinin Özbəkistan Xalq Bankının İdarə Heyəti sədrinin birinci müavini Dilshod Kutliev ilə görüşlər keçirilib.
Səfərdə Təhsil Tələbə Krediti Fondu tərəfindən Fondun İdarə Heyəti sədrinin müavini Tahir Xələfov, İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri Ayaz Mustafayev, eləcə də Fondun əməkdaşları İlkanə Həmidova və Emin Şeydayev iştirak ediblər.
Görüşlər zamanı TTKF-nin fəaliyyəti, strategiyası və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib. Fondun İdarə Heyəti sədrinin müavini Tahir Xələfov bildirib ki, Fond 2021-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə yaradılıb və onun əsas missiyası aztəminatlı ailələrdən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, təhsil tələbə kreditləri birbaşa tələbələrin təhsil aldığı müəssisələrin hesabına köçürülür, təhsil haqqı kimi vacib bir məsələsi həll olunmuş tələbələr şəxsi inkişaf və biliklərinin artırılmasına fokuslanmaq imkanı qazanır.
Fondun İdarə Heyəti sədrinin müavini T.Xələfov, həmçinin son 4 il ərzində əldə olunmuş nəticələr, gələcək planlar haqqında məlumat verib. O bildirib ki, beynəlxalq əməkdaşlığın gücləndirilməsi Fondun gələcək inkişafında mühüm rol oynayacaq və daha çox tələbənin təhsilə çıxış imkanlarının artırılmasına xidmət edəcək.
Səfər zamanı Özbəkistanda təhsil tələbə kreditlərinin tətbiq mexanizmləri təhlil olunub, maliyyələşmə modelləri və tətbiqetmə sahəsində əldə edilən təcrübələr mübadilə edilib, həmçinin hər iki ölkənin müvafiq qurumları arasında gələcək əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparılıb.