TTKF əməkdaşları üçün yumşaq bacarıqlar təlimləri keçirilir
Təhsil Tələbə Krediti Fondu əməkdaşlarının peşəkar və şəxsi inkişafına dəstək məqsədilə yumşaq bacarıqlar üzrə təlim proqramlarının icrasına başlayıb. Təlimlər Fondun əməkdaşı, beynəlxalq sertifikatlı peşəkar təlimçi-mentor Leyla Rəhimova tərəfindən həyata keçirilir.
Bir ay davam etməsi nəzərdə tutulan inkişaf proqramı çərçivəsində bu günədək “Motivasiya, tənqidi təfəkkür və iş üsulları”, “Ünsiyyət bacarıqları və texnikaları”, “Kommunikasiya bacarıqları”, “İdarəetmədə liderlik bacarıqları”, “Komanda işi” mövzuları üzrə təlimlər təşkil olunub.
Təlimlər zamanı interaktiv metodlardan istifadə olunmuş, iştirakçılar qrup işləri, real vəziyyətlərin analizi, ritm texnikaları, komanda quruculuğu, simulyasiya, buzqıran oyunları və test tapşırıqları kimi fəaliyyətlərə cəlb olunmuşlar. Bu yanaşma həm nəzəri biliklərin praktikada tətbiqinə, həm də əməkdaşlar arasında komanda ruhunun gücləndirilməsinə xidmət edir.
Ümumilikdə 8 təlim proqramını əhatə edəcək bu təşəbbüs, Fond əməkdaşlarının yumşaq bacarıqlarının inkişafına, şəxsi və peşəkar fəaliyyətlərində daha effektiv olmalarına töhfə verməyi hədəfləyir.