TTKF və Azera Holdinq arasında Anlaşma Memorandumu imzalanıb
						29 oktyabr 2025-ci il tarixində Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə Azera Holdinq arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 
Memorandumun məqsədi tərəflər arasında qarşılıqlı səmərəli əlaqələrin qurulması, təhsil tələbə kreditlərindən yararlanan tələbə və məzunların təcrübə mübadiləsinin təşkili, ixtisaslarına uyğun işlə təmin olunması, eləcə də onların praktiki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsidir. 
İmzalanma mərasimində çıxış edən TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun fəaliyyəti və əldə olunan nəticələr barədə məlumat verib. O qeyd edib ki, ölkə başçısının müvafiq Fərmanı ilə 2021-ci ildə yaradılmış Fond artıq 4 ildir ki, ali, orta ixtisas və peşə təhsili pillələrində əyani və ödənişli əsaslarla təhsil alan tələbələrə dəstək göstərir, sosial bərabərliyi təşviq edir və təhsil imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.
B.Əzimov bildirib ki, Azera Holdinq ilə əməkdaşlıq təhsil kreditlərindən yararlanan tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb olunmasına və ixtisaslı kadr kimi əmək bazarına inteqrasiya olunmalarına töhfə verəcək.
Azera Holdinqin direktoru Akif Əliyev çıxış edərək, bildirib ki, təhsil sahəsində son illərdə görülən işlər, müasir tədris standartlarının tətbiqi, tələbələr üçün sosial dəstək mexanizmlərinin yaradılması prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının göstəricisidir. A.Əliyev Təhsil Tələbə Krediti Fondunun bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, imzalanan Memorandum təhsilalanların real iş mühitində təcrübə qazanmasına və karyera imkanlarının artırılmasına təkan verəcək. 
Daha sonra Holdinqin Biznesin İnkişafı Departamentinin rəhbəri Elnur Kələntərov Azera Holdinqin çoxşaxəli fəaliyyəti, strategiyası və həyata keçirdiyi layihələr barədə qonaqlara məlumat verib.