TTKF ilə TTKF Həmkarlar İttifaqı Komitəsi arasında Kollektiv Müqavilə imzalanıb.
Noyabrın 13-də Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu (TTKF) ilə Fondun Həmkarlar İttifaqı Komitəsi arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv Müqavilə imzalanıb.
Görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Turanə Kərimova, TTKF Həmkarlar İttifaqı Komitəsinin sədri Aysel Həsənova iştirak ediblər.
Kollektiv müqavilənin əsas missiyası əməkdaşların sosial-iqtisadi hüquqlarının və qanuni maraqlarının ən yüksək səviyyədə təmin edilməsi, əmək münasibətlərinin tənzimlənməsi və kollektivdə sağlam mühitin qorunmasıdır.
Bu kollektiv müqavilə TTKF əməkdaşlarının hər bir üzvünün sosial müdafiəsini gücləndirməklə yanaşı, iş yerində qarşılıqlı inam və səmərəli fəaliyyət mühitini daha da möhkəmləndirəcəkdir.