TTKF “Bir Peşənin Sirri” festivalında iştirak edib
14 noyabr 2025-ci il tarixində peşə təhsilinin əhəmiyyətinin artırılması, gənclərin bu sahəyə marağının təşviqi və əmək bazarının tələblərinə uyğun bacarıqların təbliği məqsədilə keçirilən növbəti “Bir Peşənin Sirri” festivalı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub.
Açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Simnar Məmmədov çıxış edərək festivalın əsas məqsədləri, peşə təhsilində həyata keçirilən islahatlar və gənclərin bu sahədə rolundan danışıb. Festivalda Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri ilə iş şöbəsinin əməkdaşları da iştirak ediblər.
Fondun əməkdaşları Fonda məxsus informasiya stendinə yaxınlaşan ziyarətçilərə təhsil tələbə kreditləri, onların şərtləri, müraciət prosedurları və peşə təhsili alan tələbələr üçün mövcud maliyyə dəstək imkanları barədə ətraflı məlumat veriblər.