"Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim keçirilib.
24 fevral 2026-cı il tarixində Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə “Təhsil tələbə kreditləri üzrə məlumatlandırma və peşəkar bacarıqların təkmilləşdirilməsi” mövzusunda növbəti təlim keçirilib. Təlimdə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin e-ttkf.edu.az portalı üzrə yeni təyin olunmuş 25 nəfər məsul şəxsi iştirak edib.
Təlimin məqsədi portalın funksiyalarını izah etmək, istifadə zamanı yarana biləcək çətinlikləri aradan qaldırmaq, məsul şəxslərin sistemdən daha effektiv istifadə bacarıqlarını artırmaq olub.
Fondun əməkdaşları tərəfindən sistem üzrə təqdimat və məlumatlandırma sessiyaları üzrə məsul şəxslərə portaldan istifadə qaydaları, müraciətlərin qeydiyyatı və idarə edilməsi, emal zamanı diqqət yetirilməli məqamlar,eləcə də texniki problemlərin operativ həlli üsulları barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda təşkil olunan təlimdə iştirakçıların sualları cavablandırılıb. Tədbirin sonunda təlimi uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub.