Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə tərəfdaş qurumlarla əməkdaşlığın gücləndirilməsi məqsədilə işgüzar görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyi tabeliyində Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Kapital Bank və AİST Group şirkətinin nümayəndələri iştirak ediblər.
Tədbirin əsas məqsədi təhsil tələbə kreditləri mexanizmi çərçivəsində institusional əməkdaşlığın gücləndirilməsi, sistemlərarası inteqrasiyanın təkmilləşdirilməsi, mövcud proseslərin optimallaşdırılması və qarşıya çıxa biləcək texniki və inzibati məsələlərin operativ həlli istiqamətində birgə fəaliyyət imkanlarının müzakirəsi olub.
Görüş zamanı məlumat mübadiləsinin effektiv təşkili, rəqəmsal həllərin tətbiqi, xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnuniyyətinin yüksəldilməsi istiqamətində atılacaq növbəti addımlar müəyyən edilmişdir.