“Yumşaq bacarıqlar və əmək bazarına hazırlıq” təlimi keçirilib
3–12 mart tarixləri aralığında Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə təhsil tələbə kreditindən yararlanan tələbə və məzunlar üçün “Yumşaq bacarıqlar və əmək bazarına hazırlıq” mövzusunda təlim proqramı təşkil olunub.
Təlim proqramı “Emosional zəka” mövzusuna həsr edilib və Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti, Maliyyə-İqtisad Kolleci, Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Bakı Biznes Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbə və məzunları üçün keçirilib.
Təlimin əsas məqsədi təhsil tələbə kreditlərindən yararlanan gənclərin özünüdərk, emosiyaların idarə olunması, komanda mühitində əməkdaşlıq və ünsiyyət bacarıqlarını inkişaf etdirmək, onların əmək bazarına daha hazırlıqlı və çevik şəkildə daxil olmalarına dəstək göstərmək olub. Bu istiqamətdə iştirakçılara emosional zəkanın şəxsi və peşəkar inkişafda rolu, stresin idarə olunması, empatiya bacarıqlarının formalaşdırılması və komanda daxilində sağlam kommunikasiya qurma yolları barədə ətraflı məlumat verilib.
Təlim proqramı interaktiv metodlar, qrup müzakirələri və praktiki tapşırıqlar vasitəsilə aparılıb. Bu yanaşma iştirakçıların həm şəxsi inkişafına, həm də müasir əmək bazarının tələblərinə hazırlıqlı və rəqabətqabiliyyətli şəkildə uyğunlaşmasına töhfə verib.
İştirakçılar təlim prosesinə böyük maraq və aktivliklə qoşulub, müzakirələrdə fəal iştirak ediblər. Təlim proqramının sonunda isə iştirakçılara təşəkkürnamələr təqdim olunub.