Kapital Bank tərəfindən “Sənin karyera yolun: öz təsir gücünü yarat” mövzusunda təlim keçirilib
Təhsil Tələbə Krediti Fondu və Kapital Bank arasında əməkdaşlıq çərçivəsində 25 fevral 2026-cı il tarixində təhsil tələbə kreditlərindən yararlanan tələbə və məzunları üçün “Sənin karyera yolun: öz təsir gücünü yarat” mövzusunda təlim keçirilib.
Təlim Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova tərəfindən aparılıb.
Təlimin əsas məqsədi təhsil tələbə kreditindən yararlanan tələbə və məzunların karyera seçimlərinə məlumatlı və məqsədyönlü yanaşmalarına, peşəkar inkişaf istiqamətlərini müəyyənləşdirmələrinə və əmək bazarının tələblərinə daha hazırlıqlı şəkildə daxil olmalarına dəstək göstərmək olub.
Təlim zamanı iştirakçılar karyera planlaması, şəxsi brendin formalaşdırılması, əmək bazarının tələbləri və gənclərin peşəkar inkişaf imkanları barədə ətraflı məlumat əldə ediblər. İnteraktiv formatda keçirilən sessiyada iştirakçılar praktiki tövsiyələr əldə edib, eyni zamanda real iş mühiti ilə bağlı təcrübələrlə tanış olublar.