Təhsil Tələbə Krediti Fondu və Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə olunub
Təhsil Tələbə Krediti Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin rəhbərləri arasında görüş keçirilib.
Görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, həmçinin hər iki qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.
Bəhruz Əzimov Fondun fəaliyyəti, tələbələrə təqdim olunan maliyyə dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib. O, bu imkanların təhsilin əlçatanlığının artırılmasında, gənclərin sosial rifahının yaxşılaşdırılmasında və onların gələcək karyera imkanlarının genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Hasil Abbasov isə Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətləri, aktiv məşğulluq tədbirləri, həyata keçirilən layihələr və aparılan islahatlar barədə məlumat verib. O, xüsusilə gənclərin əmək bazarına inteqrasiyası, peşə hazırlığı və karyera dəstəyi mexanizmlərinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Görüş çərçivəsində təhsil tələbə kreditindən yararlanmış məzunların məşğulluğunun dəstəklənməsi, ixtisasyönümü məsləhət xidmətləri çərçivəsində abituriyent və tələbələrin Fondun təqdim etdiyi imkanlar barədə məlumatlandırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər birgə təşəbbüslərin həyata keçirilməsi və əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.