TTKF-nin İdarə Heyətinin sədri Naxçıvanda keçirilən “Gələcəyin Peşələri Sammiti”ndə iştirak edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Sərhədləri aşan imkanlar” devizi altında növbəti “Gələcəyin Peşələri Sammiti” keçirilib.
Dövlət, özəl sektor, təhsil və beynəlxalq tərəfdaşların nümayəndələrini bir araya gətirən sammitin əsas məqsədi Naxçıvanın strateji mövqeyi və potensialı nəzərə alınmaqla insan kapitalının inkişafı, gələcəyin peşələri, innovasiya, əmək bazarının dəyişən tələbləri və regional əməkdaşlıq imkanlarının müzakirəsi olub.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov sammit çərçivəsində keçirilən “İmkanları dəyərə çevirək!” panelində “Peşələrin transformasiyası və Naxçıvanın gələcək əmək bazarı” mövzusunda çıxış edib.
Mövzu üzrə müzakirələrdə Naxçıvanın inkişaf prioritetlərinin əmək bazarına təsiri, turizm, logistika, yaşıl enerji və aqrotexnologiya sahələrində yaranan yeni peşələr, eləcə də süni intellekt və rəqəmsallaşmanın regionda məşğulluğa təsiri diqqət mərkəzində olub. İşəgötürənlərin yaxın illərdə üstünlük verəcəyi bacarıqlar və regionun iqtisadi inkişafı ilə yaranacaq yeni karyera imkanları da müzakirə edilib.