Təhsil tələbə kreditinin rəsmiləşməsi prosesinin təkmilləşdirilməsi müzakirə olunub
25 noyabr tarixində Təhsil Tələbə Krediti Fondunun ofisində təhsil tələbə kreditlərinin rəsmiləşməsi prosesinin təkmilləşdirilməsi məqsədilə görüş keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyi və tabe qurumların müvafiq əməkdaşları, ali təhsil müəssisələrinin məsul şəxsləri iştirak edib və əsasən aşağıdakı aktual mövzular müzakirə olunub:
- Foundation proqramında təhsil alan tələbələrin normativ təhsil müddətinin və qəbul ilinin müəyyənləşdirilməsi;
- Fənn seçiminin tələbənin özü tərəfindən müəyyən edildiyi hallarda normativ təhsil müddətinin və ÜOMG göstəricisinin qiymətləndirilməsi;
- Xüsusi hallarda təhsil müddətinin hesablanması;
- Xaricdə əldə edilmiş təhsilin və akademik borcların nəzərə alınması;
- Müxtəlif müraciət tarixlərində ÜOMG göstəricilərinin dəyişməsi və sonradan yaranan uyğunsuzluqlar;
- Semestr anlayışı və yay semestrinin nəticələrinin nəzərə alınması;
- İkinci rezidentura səviyyəsində təhsil alan tələbələrin TTK-dan yararlanma imkanları;
- Qeyri-DİM xətti ilə qəbul olunan tələbələrin TTK-dan yararlanma hüququnun və tətbiq edilən meyarların müəyyənləşdirilməsi.
Geniş fikir mübadiləsindən sonra tərəflər hər bir mövzu üzrə razılığa gəliblər.
Növbəti mərhələdə təklif olunan yanaşmalar əsasında kredit müraciətlərinin qiymətləndirilməsi meyarları, normativ təhsil müddəti, rezidentura səviyyəsində təhsil alan və qeyri-DİM xətti ilə qəbul olunan tələbələrin kreditdən yararlanma imkanları, ixtisas dəyişikliyi, təhsilin bərpası, xaricdə təhsil kimi hallarda kredit müraciətlərinin qiymətləndirilməsi qaydalarına yenidən baxılacaq.