İŞƏGÖTÜRƏNLƏRLƏ BİRGƏ ƏMƏKDAŞLIQ HƏFTƏSİ
TTK alınması nə qədər asan və sistemli olsa da geri ödənişlə bağlı mütəmadi rast gəlinən problemlər qismən mürəkkəb və fərdi xarakter daşıyır. Geri ödənişlə bağlı gecikmə hallarının ciddi nəzarətdə saxlanılması TTKF üçün dövlət vəsaitinin düzgün idarə olunması, müvəkkil bank üçün isə daxili prosedura uyğun müvafiq addımların atılması ilə səciyyələnir. TTK-nın dövlət vəsaiti hesabına verilməsi və layihənin ümumilikdə dövlətin mütərəqqi məqsədlərinə (təhsil almaqda bərabər imkanlar, sosial həssas əhali qrupu üçün təhsilə rahat çıxış və s.) xidmət etdiyini nəzərə alaraq güzəşt və möhlət müddəti bitmiş debitorlara da yanaşmada TTKF xüsusi mövqe sərgiləyir.
Geri ödəmədə gecikən və ya çətinlik çəkən debitorların əksəriyyətinin işsiz olması TTKF-nin əmək bazarı oyunçuları ilə sıx əməkdaşlıq etməsini labüd etdi. Himayəçilik Şurasının qərarı ilə 2024-cü ilin əvvəlindən TTKF-nin təşkilati strukturunda İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsi fəaliyyətə başladı. Bu vaxtdan etibarən TTKF əməkdaşları davamlı olaraq karyera sərgi və yarmarkalarında iştirak edirlər; 17 özəl şirkət olmaqla ümumilikdə 33 qurumla Anlaşma Memorandumu imzalamışdır. Nəticədə, TTK-dan yararlanmış 1400 tələbə peşəkar təlimlərə (xüsusilə, yumşaq bacarıqlar) cəlb olunmuş, 1500 tələbə təcrübə proqramlarına yönləndirilmiş, 300-dən artıq məzunun işlə təmin olunmasında TTKF dəstək göstərmişdir.
6 oktyabr tarixində TTKF-nin təşkil etdiyi “TTK almış məzunların karyera imkanları üzrə işəgötürənlərlə əməkdaşlıq” mövzusunda tədbir də bu istiqamətdə aparılan məqsədyönlü kompleks tədbirlərdən biridir. Dövlət və özəl sektoru təmsil edən 30-a yaxın işəgötürən qurumun insan resursları və kadr hazırlığı üzrə nümayəndələri tədbirdə iştirak edərək mövzu ilə bağlı fikirlərini bildirmişdilər. Tədbir zamanı və daha sonra Kapital Bank, Avrora Qrup, RAM Holdinq, Araz Supermarket kimi iri işəgötürənlərlə yeni əməkdaşlıq imkanları detallı müzakirə olunmuş və razılığa gəlinmişdir. Tədbirdə təmsil olunan Dövlət Məşğulluq Agentliyi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası nümayəndələri ilə də birgə fəaliyyətin istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
TTK-dan yararlanmış məzunların işlə təmin olunması istiqamətində təhsil müəssisələrinin aktiv karyera mərkəzlərinin də rolu böyükdür. Bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universitetinin məzunlarının əmək bazarına çevik və rəsmi müqavilələr əsasında inteqrasiyası təqdirəlayiqdir. TTK-dan yararlanan tələbə sayına görə üstünlük təşkil edən digər universitetlərin məzun nəticələrinin təkmilləşdirilməsi üçün əməkdaşlığın gücləndirilməsi labüddür. TTKF tərəfindən təhsil müəssisələrinin hesabına ümumilikdə 61 milyon manatdan çox vəsait köçürülmüşdür. Bu məbləğin 37 milyondan çoxu standart kreditlərə, 23 milyondan çoxu isə sosial kreditlərə aid olmuşdur. Bu günədək TTK almış təhsilalanlar tərəfindən təxminən 3 milyon manata yaxın vəsaitin geri ödənişi həyata keçirilmişdir. Hazırda TTK-dan yararlanmış 6500-dən çox tələbənin geri ödəniş dövrü başlamış, bu da məzun olmuş tələbələrin 51%-ni təşkil edir.