Milli Observatoriya ilə Təhsil Tələbə Krediti Fondu arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib
25 fevral 2025-ci il tarixində Təhsil Tələbə Kredit Fondu (TTKF) və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında görüş keçirilib. Görüşdə əsas mövzu təhsil tələbə kreditlərinin daha səmərəli istifadəsi və məzunların əmək bazarına uyğun peşələr üzrə hazırlanması olub.
Gənclərin gələcəkdə daha yaxşı iş imkanlarına sahib olması üçün təhsilin əmək bazarına uyğunlaşdırılması əsas prioritet kimi müəyyən edilib. Xüsusilə, əmək bazarında hansı sahələrdə iş imkanlarının daha çox olduğu, məzunların bu sahələrə yönləndirilməsinin vacibliyi və tələbə kreditlərinin bu istiqamətdə necə daha effektiv istifadə edilə biləcəyi müzakirə olunub.
TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov iki qurum arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Milli Observatoriyanın apardığı araşdırmalar sayəsində təhsil müəssisələrinin məzunlarının əmək bazarına uyğunlaşması daha asan olacaq. Bu təhlillər tələbələrə hansı ixtisasları seçməyin daha məqsədəuyğun olduğunu anlamağa kömək edəcək.
Görüşdə qəbul edilən əsas qərar ondan ibarət olub ki, TTKF-dən yararlanmış və məzun olmuş şəxslərin əmək bazarındakı vəziyyəti ilə bağlı geniş təhlillər aparılacaq. Bu istiqamətdə işlərin həyata keçirilməsi üçün xüsusi işçi qrup yaradılacaq və müəyyən edilmiş vaxt çərçivəsində icra ediləcək. Bu barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.
İki qurum gələcəkdə əməkdaşlığı daha da genişləndirməyi və birgə layihələr həyata keçirməyi planlaşdırır. Xüsusilə, gənclərin təhsil aldıqları sahədə iş tapmaq imkanlarının artırılması, yeni strategiyaların hazırlanması və real iş bazarına uyğun kadr yetişdirilməsi əsas hədəflərdən biridir.
Bu əməkdaşlığın əsas məqsədi tələbələrin yalnız diplom əldə etməsi üçün deyil, həm də gələcək karyeraları üçün düzgün istiqamət seçmələrinə dəstək olmaqdır. Bunun üçün təhsil və əmək bazarı arasında daha güclü əlaqənin qurulması planlaşdırılır.