Regionun ən böyük Aqroparkı ilə əməkdaşlıq qurulur.
23 oktyabr tarixində Təhsil Tələbə Krediti Fondu və “Şəmkir Aqropark” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
TTKF-nin İdarə heyəti sədrinin müavini Tahir Xələfov Fond tərəfindən görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmlş “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Qeyd olunub ki, fəaliyyət göstərdiyi qısa müddət ərzində Fonda təxminən 55 min müraciət daxil olmuş, 43 mindən çox təhsil tələbə krediti müqaviləsi imzalanmışdır.
İdarə heyəti sədrinin müavini Tahir Xələfov TTK-dan yararlanmış şəxslərin məşğulluq imkanlarının artırılması, məzunların işlə təmin olunması istiqamətində Fond tərəfindən aparılan işlərdən danışıb. O qeyd edib ki, TTK almış şəxslərin təhsillərini başa vurduqdan sonra əmək bazarında özlərinə layiqli yer tapması və daimi işlə təmin olunmaları üçün Fond tərəfindən daimi iş aparılır, dövlət və özəl sektorun təmsilçiləri ilə əməkdaşlıqlar qurulur.
“Şəmkir Aqropark” MMC–nin direktoru Faiq Baxşiyev Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini yüksək qiymətləndirmişdir. Memorandumun TTKF ilə “Şəmkir Aqropark” MMC arasında əməkdaşlığın dərinləşməsinə böyük töhfə verəcəyini bildirən F.Baxşiyev, xüsusilə kənd təsərrüfatı, istehsalat, laboratoriya və digər oxşar sahələrdə təhsil almış gənclərin “Şəmkir Aqropark” MMC-də işlə təmin olunma imkanlarının geniş olduğunu bildirmişdir.
Qarşılıqlı səmərəli əlaqələrin qurulmasına xidmət edəcək Memorandum könüllü və təcrübə proqramları, o cümlədən seminar və təlimlər keçirilməsinin dəstəklənməsi, tələbə və məzunların ixtisaslarına uyğun təcrübə proqramlarına cəlb edilməsi, müvafiq sahə üzrə vakansiyalar yaranarsa təhsil tələbə kreditlərindən yararlanmış təhsilalanlara və məzunlara üstünlük verilməsi məqsədilə birgə fəaliyyətin təşkilini nəzərdə tutur. Eyni zamanda bu memorandum kənd təsərrüfatı və istehsalat sahəsində gənclər üçün iş imkanlarını artırmaq, kiçik və orta sahibkarlığı dəstəkləmək məqsədi daşıyır.
Qeyd edək ki, Şəmkir Aqropark Cənubi Qafqazda “aqropark” formatında ilk kənd təsərrüfatı layihəsidir və iki hissədən ibarətdir: logistika mərkəzi və əkin sahəsi. Göstərilən xidmətlər kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, soyuducu anbarı, qablaşdırılması və satışından ibarətdir. Bundan əlavə burada tam miqyaslı laboratoriya xidmətləri, o cümlədən meyvənin fiziki-kimyəvi analizlərinin aparılması: orqanoleptik göstəricilərinin, quru maddənin (brix), sərtliyin, nitratların və nitritlərin, nəmliyin, külün, ümumi turşuluğun, nişastanın, pektinin, meyvələrin yetişkənlik dərəcəsinin (xlorifilin miqdarının) təyini və analiz edilməsi həyata keçirilir.