Təhsil müəssisələrində təqdimatlar davam edib.
Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu tərəfindən aparılan təbliğat, təşviqat və maarifləndirmə işləri davam etdirilib.
30 sentyabr tarixində Bakı şəhərində yerləşən 14, 35, 54, 247 nömrəli tam orta məktəblərdə, Xəzər Universitetində, Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, ATU nəzdində Bakı Texniki Kolleci, ADİU-nun nəzdində Azərbaycan Qida Sənaye Kolleci və Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində TTKF-in əməkdaşları tərəfindən təhsil tələbə kreditinə müraciət qaydaları, güzəştlər və qeydiyyat prosesi barəsində məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər. Qeyd olunub ki, bu günə kimi Fondun elektron portalına 54 minə yaxın müraciət daxil olmuşdur. 42 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşmişdir.