TTKF nümayəndələri Karyera Yarmarkasında iştirak edib
Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə 13 may tarixində Karyera Yarmarkası keçirilib.
Yarmarkada 124 şirkət 830 vakansiya ilə təmsil olunub. Tədbir tələbələrin gələcək karyera istiqamətlərini müəyyənləşdirməsi, iş dünyasının gözləntilərini daha yaxından tanıması və öz potensialını təqdim etməsi üçün əlverişli inkişaf mühiti yaradıb.
Yarmarkada Təhsil Tələbə Krediti Fondunun (TTKF) nümayəndələri də iştirak ediblər. Fondun stendini ziyarət edən iştirakçılara TTKF-nin fəaliyyəti, məqsəd və prioritetləri, təhsil tələbə kreditinə müraciət qaydaları, kredit növləri, tətbiq olunan güzəştlər və ödəniş şərtləri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, ziyarətçilərin sualları cavablandırılıb, onlara mövcud imkanlardan necə faydalana biləcəkləri barədə ətraflı izah təqdim olunub.