Riyaziyyat üzrə Müvəqqəti (Adjunct) Müəllim
ADA Universitetinin Dizayn və Memarlıq Məktəbi (DMM) 2025-ci ilin Payız semestri üçün Riyaziyyat fənni üzrə Müvəqqəti Müəllim vəzifəsinə müraciətləri qəbul edir. Bu kurs Memarlıq, Dizayn və Şəhərsalma ixtisaslarında təhsil alan birinci kurs bakalavr tələbələri üçün nəzərdə tutulmuş təməl proqramın bir hissəsidir. Biz dizayn, memarlıq və məkan təfəkkürü kontekstində tələbələrin riyazi bacarıqlarını inkişaf etdirməyə sadiq olan yaradıcı və fədakar müəllimlər axtarırıq.
Kurs haqqında:
• Müstəvi və fəzada analitik həndəsə
• Tətbiqlərlə xətti və vektor alqebrası
• Diferensial və inteqral hesab
• Riyazi modellərə giriş
Kurs memarlıq və dizayn yönümlü problemlərin şərhində riyazi savadlılığı vurğulayır və tələbələrin təhsilləri ərzində müstəqil şəkildə daha dərin riyazi biliklər əldə etmə bacarığını inkişaf etdirməyi hədəfləyir. Tədris aşağıdakı mövzuların mənimsənilməsinə yönəlməlidir:
• Həqiqi dəyişənli funksiyalar, davamlılıq və hədlər
• Funksiyaların qrafik təsviri və keyfiyyətcə öyrənilməsi
• Xətti tənlik sistemləri və 3D vektor əməliyyatları
• Məkan təfəkkürü (xətlər, müstəvilər, proyeksiyalar)
• Sahə və mərkəzlərə (centroids) dair hesablamalarda kalkulyus tətbiqləri
• Qüvvələr, momentlər və fiziki sistemlərin riyazi təsviri
Kurs memarlar üçün struktur fənlər, texniki fizika və memarlıq həndəsəsinin öyrənilməsində tələb olunan alətləri və məntiqi dəqiqliyi təmin etməlidir və parametrik dizayna yönəlmiş yeni metodologiyaları nəzərə almalıdır.
Vəzifələr:
• Kursu həftədə iki fərqli günə (şənbə günləri olmamaqla) bölərək təşkil etmək
• ADA və DMM kurikulum gözləntilərinə uyğun mühazirələr və tapşırıqlar hazırlamaq və təqdim etmək
• Problemlərin həlli və vizual təfəkkür vasitəsilə tələbələri cəlb etmək
• Vaxtında rəy vermək və tələbələrə məsləhət üçün əlçatan olmaq
• Akademik iclaslarda və DMM rəhbərliyi ilə əlaqələndirmələrdə iştirak etmək
Tələb olunan təhsil və bacarıqlar:
• Memarlıq, dizayn, mühəndislik və ya məkan təhlilinə tətbiqlə riyaziyyat tədrisi təcrübəsi
• İngilis dilində sərbəst danışıq və yazı bacarığı (ADA Universitetində tədris dili)
• Universitet səviyyəsində azı 1 il pedaqoji təcrübə
• Fənlərarası tədrisə maraq və tələbə uğurunu dəstəkləməyə istək
Müraciət üçün: