Naxçıvan Dövlət Universitetində tələbələrin Təhsil Tələbə Krediti Fondunun imkanlarından istifadə qaydalarına dair görüş keçirilib
Naxçıvan Dövlət Universitetində təşkil edilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edərək dövlətin təhsil sahəsində həyata keçirdiyi layihələrdən danışıb. Vurğulanıb ki, Təhsil Tələbə Krediti Fondu Prezident cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə təsis olunub və bu Fondun yaradılması ölkəmizdə təhsilə dövlət qayğısının ən bariz nümunələrindən biridir. O, çıxışında TTKF-in tələbələr üçün yaratdığı imkanlar, ali təhsilə əlçatanlığın təmin edilməsi və təhsildə bərabər imkanların yaradılması kimi mühüm missiyalara xidmət etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev Fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib. Bildirilib ki, Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsili üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Qeyd edilib ki, təhsil tələbə krediti olduqca mütərəqqi, gənclərin təhsilə əlçatanlılığının təmin olunmasına xidmət edən dövlət sənədidir.
Vurğulanıb ki, təhsil tələbə kreditinin növləri, tələbə krediti almaq üçün verilən tələblər, kreditdən istifadə hüququ, kreditin verilməsinə dair tələblər və tətbiq edilən güzəştlər müəyyən edilib. Təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur.
Araz Paşayev əlavə edib ki, krediti almaq üçün tələbə girov, zamin, borcalan və s. heç bir öhdəliklə yüklənmir.
Görüşdə çıxış edən universitetin Mühasibat uçotu şöbəsinin müdiri Ülvi Baxışlı bildirib ki, ali təhsil ocağında 2021-2022-ci akademik tədris ilindən TTKF ilə bağlı komissiyanın tərkibi müəyyənləşdirilərək fəaliyyətə başlayıb və tələbələrlə görüşlər təşkil edilərək onların qeydiyyatına şərait yaradılıb. Belə ki, ötən müddət ərzində ümumilikdə 541 tələbə kreditlə bağlı müraciət edib ki, bunun 136 nəfəri sosial, 311 nəfəri isə standart olmaqla 447 tələbənin krediti rəsmiləşdirilib.
Diqqətə çatdırılıb ki, kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınmaqla yüksək nəticə göstərilməsi ilkin şərtdir. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə verilir. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ da verilir.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.