Qazaxıstan Respublikası ilə təcrübə mübadiləsi.
Təhsil tələbə kreditlərinin daha əlçatan olması və əhatə dairəsinin genişləndirilməsi üçün Fond tərəfindən aparılan təhlillərin davam etdirilməsi və beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə TTKF-nin nümayəndə heyəti xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində Qazaxıstan Respublikasına səfər etmişdir.
Səfər çərçivəsində Turan-Astana Universiteti, Astana Beynəlxalq Universiteti, Qazaxıstan “Maliyyə Mərkəzi” və “Bolaşak” Beynəlxalq Proqramlar Mərkəzi ASC-də görüşlər keçirilmişdir.
Görüşdə ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsi olan TTKF-nin fəaliyyəti, təhsil tələbə kreditlərinin növləri, müraciət qaydaları, güzəştlər və s. haqqında qarşı tərəfə ətraflı məlumat verilmişdir. Fondun İdarə Heyətinin sədrinin müavini Tahir Xələfov Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun tələbələr üçün unikal imkan olduğunu, Fonddan yararlanan şəxslərin sayının hər il artdığını, həmçinin akademik göstəriciləri yüksək olan tələbələrin güzəştlərdən yararlandığını bildirmişdir.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, təhsil tələbə kreditləri birbaşa tələbələrin təhsil aldığı müəssisələrin hesabına köçürülür, təhsil haqqı kimi vacib bir məsələsi həll olunmuş tələbələr şəxsi inkişaf və biliklərinin artırılmasına fokuslanmaq imkanı qazanır. Qeyd edilib ki, ölkə başçısının təhsilə göstərdiyi diqqət və qayğının ən bariz nümunələrindən biri də Təhsil Tələbə Krediti Fondudur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondunun əsas məqsədi əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Qazaxıstan Respublikasının Turan - Astana Universitetinin prorektoru Asemgül Kapenova, Astana Beynəlxalq Universitetinin prorektoru Kayrat Abdürrəhmanov, “Maliyyə Mərkəzi” ASC-nin İdarə heyətinin sədri Əsgər İbrahimov, “Bolaşak” Beynəlxalq Proqramlar Mərkəzi ASC–nin İdarə Heyəti sədrinin müavini Abay Amandukulu Qazaxıstanın təhsil sistemi, tələbələr üçün mövcud təqaüd proqramları, son illərdə bu sahədə aparılan islahatlar barədə məlumat veriblər. Rəsmilər Təhsil Tələbə Krediti Fondunun fəaliyyətini və tələbələr üçün dövlət qayğısını yüksək qiymətləndirərək, bu sahədə Azərbaycanın təcrübəsinin öyrənilməsi və öz ölkələrində tətbiqi baxımından bu cür səfərlərin mühüm imkan olduğunu xüsusi qeyd ediblər.
Qeyd olunub ki, Qazaxıstan Respublikası tərəfindən xarici tələbələrin burada təhsil almalarını təşviq etmək üçün müxtəlif layihələr həyata keçirilir. Gələcəkdə Azərbaycandan da tələbələrin Qazaxıstanda yerləşən Universitetlərdə təhsil almalarında maraqlı olduqları diqqətə çatdırılıb.
Səfər çərçivəsində baş tutan görüşlər zamanı Qazaxıstan Respublikasında tələbələrə analoji dəstək mexanizmləri, xüsusilə təhsil kreditlərinin verilməsi qaydaları, meyarlar və şərtlər barədə məlumatlar əldə edilmiş, mövzu ətrafında tərəflər arasında geniş fikir mübadiləsi və müzakirələr aparılmışdır.