Təhsil Tələbə Krediti Fondu növbəti təbliğat və təşviqat tədbirlərini həyata keçirir.
Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılıb və əsas məqsədləri arasında əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərə təhsil almaq üçün bərabər imkanların yaradılması yer alır. Fond, təhsil sahəsində sosial ədalət və bərabərlik prinsipini rəhbər tutaraq, təhsilə əlçatanlığı artırmağa və təhsilin əhatə dairəsini genişləndirməyə çalışır. Bu məqsədlə, Fond tərəfindən müxtəlif təbliğat və təşviqat işləri aparılır ki, bu da təhsil imkanlarından daha çox insanın faydalanmasını təmin edir.
Bu gün Bakının Yasamal rayonunda yerləşən 18, 21, 158, 167 və 175 nömrəli tam orta məktəblərdə növbəti görüşlər təşkil olunub. Fondun əməkdaşları tərəfindən görüş iştirakçılarına TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və digər məsələlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan Respublikasının vətəndaşları təhsil tələbə kreditindən yararlana bilərlər.
Təbliğat və təşviqat xarakterli bugünkü görüşün keçirilməsindəki məqsəd, hər bir abituriyentin tələbə həyatına keçid edərkən təhsil tələbə kreditindən yararlanmaq və öz gələcəyini daha parlaq etmək üçün bir şans yaratmaqdır.
Sonda görüş iştirakçılarını maraqlandıran suallar Fondun əməkdaşları tərəfindən cavablandırılıb.