146-5
Axtarış
146-5
Haqqımızda

Təhsil Tələbə Krediti Fondu (bundan sonra - Fond) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyun 2021-ci il 1367 saylı Fərmanı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Fond 25 noyabr 2021-ci il tarixindən etibarən təhsil kreditlərinin verilməsi ilə bağlı müraciətlərin qəbuluna başlamışdır.

Davamı

TARİXİMİZ

Təhsil Tələbə Krediti Fondu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Fondun vəsaitləri hesabına təhsil tələbə kreditlərinin verilməsi qaydası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 iyul 2021-ci il tarixli 226 №-li Qərarı ilə təsdiqlənmişdir. 

MİSSİYAMIZ

Təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.

VİZYONUMUZ

Təhsilin güzəştli şərtlərlə maliyyələşdirilməsi üzrə əsas operatora çevrilməklə yüksək keyfiyyətli əlçatan təhsilə nail olmaqdır.

DƏYƏRLƏR

Dürüstlük - davranış və qərar qəbuletmədə məsuliyyətli olmaq, qanunun normalarına, etik-davranış normalarına ciddi riayət etmək. Qərəzsizlik - vəzifə öhdəliklərinin icrası zamanı qərəzsiz olmaq və fəaliyyətimizdə etnik mənsubiyyət, din, dil, cins, əmlak və qulluq vəziyyəti, əqidə və digər xüsusiyyətlər üzrə bərabərliyi qoruyub saxlamaq. Peşəkarlıq - fəaliyyətimiz çərçivəsində tələb olunan bilik, vərdiş və təcrübəni tətbiq etməklə peşəkarlığı daim yüksək səviyyədə saxlamaq. Şəffaflıq - fəaliyyətimizə inamın artırılması, qarşılıqlı etimadın yüksəldilməsi üçün şəffaflıq nümayiş etdirmək.

İnteraktiv xəritə

Sualınız var?

Ən çox verilən sualların cavabı üçün FAQ bölməsinə baxın

1. TTK nədir və kimlər müraciət edə bilər?

Təhsil tələbə krediti (TTK) tələbələrin təhsil haqqını ödəyə bilmələri üçün onlara dövlət tərəfindən verilən uzunmüddətli və güzəştli kredit növüdür.

Təhsil tələbə kreditinə Azərbaycan Respublikasında rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsi, həmçinin peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində təhsil alan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

TTK normativ təhsil müddətində (8 semestr) əyani və ödənişli əsaslarla təhsil alan vətəndaşlara verilir. TTK-ya müraciət zamanı əvvəlki semestrin nəticələri üzrə akademik borc (fənlər üzrə kəsir) olmamalıdır.

2. TTK-nin hansı növləri vardır?

Sosial (illik 2%) və Standart (illik 6%). *Təhsil göstəricilərinə əsasən güzəşt hüququ əldə etdikdə: 0% (faizsiz)
 https://e-ttkf.edu.az/Account/CreditCalculator

3. Sosial TTK-dən kimlər istifadə edə bilər?

1.Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
2.Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə (3-cü qrup) əlilliyi olanlar;
3.Ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;
4.Ailə başçısını itirməyə görə sosial müavinət alanlar;
5.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərək “Müharibə veteranı” adı almış şəxslər; (təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsil aldıqları zaman)
6.Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya digər qanuni nümayəndələri:
• orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə (1 və ya 2-ci qrup) əlilliyi olanlar;
• işsiz kimi rəsmi qeydiyyatlı olanlar;
• yaşa görə əmək pensiyası alanlar;
• yaşa görə sosial müavinət alanlar;
• ailə başçısını itirməyə görə pensiya alanlar;
• orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alanlar;
• Bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması növlərində cəza çəkib, digər valideyni isə qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olanlar;

Qeyd: TTK-nin veriləcəyi semestrdən əvvəlki semestrdə (yarımil) hər hansı bir fənn (modul) üzrə tələbənin akademik borcu (fənlər üzrə kəsiri) olmamalıdır.

0 / 2777