146-5
Axtarış
146-5

Müraciətlərə dəstək üçün yardım masası fəaliyyətə başlayıb.

Ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə yeni qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. 2024-2025-ci tədris ili üçün 55656 nəfər universitetlərə qəbul olunub. Onlardan 28539 nəfəri ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

28.08.2024

TTKF Peşə yarmarkasında təmsil olunub.

13 avqust tarixində Bakı Biznes Universitetində keçirilən İxtisas Bələdçisi Forumu çərçivəsində Peşə yarmarkası təşkil olunub. Yarmarkada Təhsil Tələbə Krediti Fondu da təmsil olunub.

13.08.2024

Təhsil Tələbə Krediti Fondu tərəfindən keçirilən təlimlər böyük marağa səbəb oldu!

1 avqust 2024-cü il tarixində Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə "Düzgün işi tapmaq", "LinkedIn platforması", və "Java" mövzularında təlimlər keçirildi. Bu tədbir, tələbələrə və gənc mütəxəssislərə işə qəbul və peşəkar inkişaf sahəsindəki ən son bilikləri əldə etmək üçün dəyərli imkanlar təqdim etdi.

01.08.2024

Şahdağ Turizm Mərkəzi ilə Memorandum imzalanıb.

23 iyul tarixində Təhsil Tələbə Krediti Fondu və Şahdağ Turizm Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

23.07.2024

Karyera və İşə Hazırlıq Mərkəzi ilə Memorandum imzalanıb.

16 iyul tarixində Təhsil Tələbə Krediti Fondu ilə Karyera və İşə Hazırlıq Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

16.07.2024

Turizm və hotelçilik sahəsində təhsilalanların məşğulluq imkanlarının artırılması müzakirə olunub.

10 iyul tarixində Təhsil Tələbə Krediti Fondunda Şahdağ Turizm Mərkəzinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə turizm və hotelçilik sahəsində təhsil alan tələbələrin və məzunların öz ixtisasları üzrə işlə təmin olunması, onların məşğulluq imkanlarının artırılmasına dəstək göstərilməsi və digər məsələlər müzakirə olunub.

10.07.2024

9 iyul tarixində qeydiyyat başlayır.

Tələbələrin nəzərinə, 2024-2025-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbuluna start verilir. Tələbələr 9 iyul tarixindən başlayaraq https://e-ttkf.edu.az/ portalına daxil olaraq TTK-dan yararlana bilərlər.

05.07.2024

Unibankla əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb.

Təhsil tələbə kreditindən yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond tərəfindən davamlı iş aparılır. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması məqsədilə dövlət və özəl sektorun aparıcı təmsilçiləri ilə əməkdaşlıq qurulur. Növbəti belə əməkdaşlıq “Unibank Kommersiya Bankı” ASC ilə başlamışdır.

03.07.2024

Competo MMC ilə görüş keçirilib.

Təhsil Tələbə Krediti Fondundan yararlanmış tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq və təhsil kreditlərini geri qaytarmalarına dəstək göstərmək üçün onların məşğulluq imkanlarının artırılması istiqamətində işlər davam etdirilir.

27.06.2024

İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində Peşə Təhsil Mərkəzində ilk Məzun Günü keçirilib.

Tədbirdə iştirak edən TTKF-nin İdarə heyətinin sədr müavini Bəhruz Əzimov qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərancamı ilə yaradılan və 2020-ci ildən fəaliyyət göstərən Mərkəzdə təhsilalanlara əldə etdikləri nəzəri və praktiki bilik və bacarıqlar müasir əmək bazarında rəqabətədavamlı ixtisaslı kadr kimi formalaşmağa geniş imkanlar yaradır.

24.06.2024
1
...
8
9
10
11
12
...
46

0 / 2777